Bugün 10 vakansiya və 5 CV əlavə edilmişdir

İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis
Paşa Sığorta Müddət: 2020-04-28 - 2020-05-27
Baxış sayı: 328 Vakansiya № 1000232
Şəhər: Bakı

“PAŞA Sığorta” ASC namizədləri “İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

İstifadəçilərdən telefon və e-mail vasitəsi ilə gələn sorğuları qeydiyyata almaq;

İnsidentlərin və istifadəçi sorğularının vaxtında həlli etmək;

“On-boarding” prosesinin bir hissəsi olaraq istifadəçi hesablarının açılması və kompyuter avadanlığının hazırlamaq;

Yeni proqram və kompüter avadanlığının istifadəsi üzrə istifadəçiləri istiqamətləndirərək təlimat vermək;

İstifadəçilər ilə lazımi qaydada əlaqə qurmaq və işin gedişatı barədə daim xəbərdar etmək;

Kompüterləri və lazımi periferik qurğuları qurmaq;

Lokal şəbəkələri inkişaf etdirmək və optimallaşdırmaq;

Şəbəkələrin və kompüter sistemlərinin təhlükəsizliyini və məxfiliyini təmin etmək;

Bilik və bacarıqlar:

İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;

Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

MS Office ilə qabaqcıl istifadə bacarıqları;

Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;

İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər

Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.