Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Lizinq Mütəxəssisi
KredAqro BOKT Müddət: 2020-03-12 - 2020-04-11
Baxış sayı: 441 Vakansiya № 1000353
Şəhər: Bakı

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Lizinq Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
  • Lizinq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

 Tələblərə cavab verən şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində Lizinq Mütəxəssisi qeyd etməklə göndərmələri xahiş olunur.