Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Kredit Mütəxəssisi
KredAqro BOKT Müddət: 2020-05-23 - 2020-06-22
Baxış sayı: 1250 Vakansiya № 1000355
Şəhər: Zaqatala

Kredit Mütəxəssisi / Zaqatala, Sumqayıt, Masallı filialı

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.


Bu şirkətin digər vakansiyaları