Bugün 5 vakansiya və 4 CV əlavə edilmişdir

İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis
Paşa Sığorta Müddət: 2020-04-28 - 2020-05-27
Baxış sayı: 358 Vakansiya № 1000450
Şəhər: Bakı

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Vəzifə və Öhdəliklər:

- İnformasiya sistemlərinə (ERP, CRM və s.) dəstəyin göstərilməsi;

- İnsidentlərin və istifadəçi sorğularının qəbulu, təsnifatı, yönləndirilməsi və həll edilməsi;

- Sorğuların statuslarında dəyişikliklərin izlənilməsi və icra müddətlərinə nəzarət;

- İstifadəçi hesablarının idarə olunması;

- Mövcud səhvlərin aradan qaldırılması və mövcud səhvlərin aradan qaldırılması üçün sorğuların proqramçılara yönləndirilməsi və buna nəzarət;

- İnformassiya sistemlərinə edilən sınaq məqsədli dəyişikliklərin təşkili və buna nəzarət edilməsi;

- İnformasiya sistemlərinin istifadəyə yararlılığının monitorinqi və ən sürətli şəkildə bərpasının təşkil edilməsi;

- SLA reqlamentlərinin icrasını təmin edilməsi;

- Şirkətin informasiya təhlükəsizliyi qaydalarının icrasının təmin edilməsi;

- İstifadəçi təlimatlarının və F.A.Q.-ların tərtib edilməsi.

Bilik və bacarıqlar:

- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;

- Proqramlaşdırma bacarığı;

- T-SQL proqramlaşdırma üzrə biliklər;

- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları;

- Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;

- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər

- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.