Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Mühasib
Azersun Holding Müddət: 2020-03-04 - 2020-04-03
Baxış sayı: 1057 Vakansiya № 1000893
Şəhər: Bakı

Namizədə aid tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
  • Mühasibatlıq sahəsi üzrə minimum 2 il təcrübəyə sahib olmalı;
  • Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli;
  • 1C, SAP, BTP, EFP, MS Office (xüsusilə MS Excel) proqramlarından istifadə qaydalarını yaxşı səviyyədə bilməli;
  • Əmək haqqı hesablanmasını yaxşı bilməlidir.

İş haqqında məlumat:

  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
  • Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
  • Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması;
  • Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
  • Əmək haqqı, Məzuniyyət, Son haqq-hesab, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi) ;
  • Bank ödənişlərinin hazırlanması;
  • Ödənişlərin Bankdakı hərəkətlərinə nəzarət edilməsi.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.