Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Art Direktor
Rabitəbank Müddət: 2020-03-16 - 2020-04-16
Baxış sayı: 381 Vakansiya № 1000909
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək;
  • Reklam kampaniyasının bütün mərhələlərinə dair kreativ təkliflər və həllər vermək;
  • Bankın korporativ «brandbook»-a əsaslanaraq bütün dizayn işlərinin və təqdimatların hazırlanmasını həyata keçirmək;
  • Məhsulların korporativ «brandbook» - a əsasən istehsal olunmasını təmin etmək;
  • Bank daxilində istifadə olunan blank, sertifikat və sair formaları hazırlamaq;
  • Bankın intranet, websayt və digər sosial şəbəkələrdəki rəsmi səyfələrinin korporativ imicə uyğun olaraq dizayn eskizlərini həyata keçirmək;
  • Filialların eksteryer və interyer dizaynın eskizlərini hazırlamaq;
  • Küçə və fasad reklamının dizayn işlərin eskizlərini hazırlamaq;
  • Kənar dizaynerlərlərə təhkim edilən işlərin idarə edilməsini həyata keçirmək;
  • Bank və kommersiya sirrini qorumaq;
  • Özünün, habelə struktur bölmənin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədlərin (qayda, təlimatlar, siyəsətlər və s.) tələblərini tam bilmək və onlara riayət etmək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
  • Bankın video çarx və foto çəkilişləri zamanı prosesə nəzarət etmək.

Vəzifəyə olan tələblər:

  • Qrafik dizayn sahəsində 5 ildən artıq iş təcrübəsi;
  • Adobe Creative Suite üzrə peşəkar təcrübə;
  • Tipoqrafiya, qablaşdırma üzrə təcrübə;
  • Komanda tərkibində və fərdi işləmək qabiliyyətinin olması;
  • Məsuliyyətli, işgüzar və ünsiyyətqurma qabiliyyətinə malik olmaq;

Üçüncü tərəf dizayn agentlikləri və şəxslərlə işləmək və sifarilər üzrə işlərin kurasiya edilməsi bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Art Direktor” göstərməyiniz xahiş olunur.