Bugün 3 vakansiya və 1 CV əlavə edilmişdir

Kollektor
KredAqro BOKT Müddət: 2020-05-24 - 2020-06-23
Baxış sayı: 1211 Vakansiya № 1001123
Şəhər: Zaqatala

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Zaqatala şəhərində yerləşən filialı üçün Kollektor vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• İş yeri: Zaqatala şəhəri;
• Ali təhsil;
• Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.