Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Marketinq üzrə mütəxəssis
Kontakt Home Müddət: 2020-06-05 - 2020-07-04
Baxış sayı: 1119 Vakansiya № 1001130
Şəhər: Bakı

Vəzifələr:

• Müxtəlif layihələrin fərdi olaraq icra edilməsi;
• Brend və Kategoriya menecerləri ilə danışıqların aparılması;
• Bazarda yeni imkanların aşkarlanması;
• Bazarda yeni məhsulun tanıdılması;
• Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Görülmüş işlər barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.

Tələblər:

• Marketinq sahəsində iş təcrübəsi - 2 ildən çox;
• Layihələrin icra olunması və reallaşdırılması təcrübəsi;
• Strateji təhlil və reklam sahəsində biliklər;
• Yüksək analitik düşüncə;
• Rəqəmsal marketinq anlayışının olması.

İş barədə məlumat

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər hr@kontakt.az elektron ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.