Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

İş icraçısı
ATEF Şirkətlər Qrupu Müddət: 2020-05-23 - 2020-06-22
Baxış sayı: 957 Vakansiya № 1001375
Şəhər: Bakı

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İş icraçısı” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: Namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin ediləcəkdir.

İş şəraiti

• Tam sosial təminat
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
• Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
• İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
• İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
• Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
• Cari və baza qiymətləri ilə smeta tərtib etmək;
• Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,

Tələblər:

• Ali təhsilli (inşaat mühəndisi);
• Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
• Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
• Layihələri oxumağı və təhlil etməyi bilməli;
• Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
• Bu sahə üzrə 5 il iş təcrübəsi olmalı;
• MS Office ( Word, Excell), Auto Cad və 3D Max proqramlarında işləməyi bilməli;
• Yaş həddi 40-50;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İş icraçısı” Mövzu bölməsində göstərin.


Bu şirkətin digər vakansiyaları