Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

İqtisadçı
Glass House MMC Müddət: 2020-05-10 - 2020-06-09
Baxış sayı: 610 Vakansiya № 1001582
Şəhər: Bakı

Vəzifə öhdəlikləri

-  Müəssisənin iqtisadi fəaliyyətinin təşkili və təkmilləşdirilməsini həyata keçirir. 

- İqtisadi anlayış, nəzəriyyə və operativ metodların təkmilləşdirilməsi və inkişafı üzrə tədqiqatlar aparır.

- Müəssisənin bütün bölmələrinin iqtisadi və sosial inkişafının perspektiv planlarının tərtibinə metodiki rəhbərlik edir və fəaliyyətini əlaqələndirir.

İş şəraiti:

- 6 günlük iş həftəsi 

- Bazar günü istirahət

Namizədə qarşı tələblər:

- Dil bilikləri- rus ,ingilis

- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

- Müvafiq sahədə ali təhsil

Əlaqə:

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi  hr@glasshouse.az  elektron ünvanına göndərməyiniz və ya  1-5-ci günlər 09:00-18:00 aralığında 0125149880 və 0772772573 nömrələri ilə əlaqə saxlamağınız  xahiş olunur.

Şirkət haqqında:

2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir. 2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.

2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.

2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.

2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.