Bugün 6 vakansiya və 8 CV əlavə edilmişdir

Dəzgah operatoru
Glass House MMC Müddət: 2020-07-24 - 2020-08-23
Baxış sayı: 869 Vakansiya № 1001640
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

  • Avadanlığın istismar qaydalarını ,emal texnologiyalarını bilmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə;
  • İstehsal zamanı suya,elektrik enerjisinə qənaət etmək;
  • Zərurət olmadığı hallarda və sex rəisinin (sex rəisinin köməkçisi) icazəsi olmadan öz iş yerini tərk etməmək;
  • Ərazidə, sahədə və avadanlıqların üzərində olan xəbərdaredici nişanların tələblərinə riayət etmək;
  • Emal olunan şüşələrin araba ilə daşınması;
  • Arabaya ehtiyac olduqda anbarın ərazisindən seçib gətirmək;
  • İşlədiyi sahənin təmizliyini təmin etmək;

Əlaqə :

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi  hr@glasshouse.az  elektron ünvanına göndərməyiniz və ya  1-5-ci günlər 09:00-18:00 aralığında 0125149880 və  0772772573 nömrələri ilə əlaqə saxlamağınız  xahiş olunur.

Şirkət haqqında:

2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir. 2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.

2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.

2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.

2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.