Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Helpdesk
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-06-23 - 2020-07-22
Baxış sayı: 613 Vakansiya № 1001730
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı İnformasiya texnologiyaları departamentinə Helpdesk vakansiyası elan edir.


Görəcəyiniz işlər:

 Kompüter avadanlıqlarının sazlanması və quraşdırılması;
 Proqram təminatlarının quraşdırılması və sazlanması;
 Bank sistemlərində yaranan problemlərin həlli;
 Bakı və region filiallarında İT layihələr çərçivəsində işlərin yerinə yetirilməsi.

Bizim üçün ideal namizəd:

 İT istiqaməti üzrə ali təhsilli;
 Kompüterlərin, printerlərin və s. ofis avadanlıqlarının proqram təminatı səviyyəsində bərpası qabiliyyətinə sahib;
 Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinə malik;
 Azərbaycan və rus dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığına malik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Helpdesk” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az


Bu kateqoriyada digər vakansiyalar