Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Pərakəndə Biznesin İnkişafı şöbəsinin rəisi
Rabitəbank Müddət: 2020-03-19 - 2020-04-18
Baxış sayı: 365 Vakansiya № 1001942
Şəhər: Bakı

Riteyl Kreditlər Departamentinin Pərakəndə Biznesin İnkişafı Şöbəsinin Rəisi vakansiyası.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

- Kreditləşməyə aid qaydaların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- Kredit sifarişlərinin və müştərilərin ödəniş qabiliyyətliliyinin müəyyən olunması prosesini təkmilləşdirmək;

- Kredit xidmətləri üzrə keyfiyyətin təkmilləşdirilməsini təmin etmək;

- Kredit satışının artırılması istiqamətində tədbirlər görmək;

- Kredit bazarının mütəmadi araşdırılması və məhsul şərtlərində müvafiq dəyişiklərlə bağlı təkliflər vermək;

- Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan bütün hesabatlılığın aparılmasını təmin etmək. 

Vəzifəyə olan tələblər:

- Ali iqtisadi təhsil;

- Yüksək ünsiyyətqurma və təqdimetmə qabiliyyəti;

- Yüksək idarəetmə və təşkilatçılıaq qabiliyyəti;

- Operativ də doğru qərarvermə qabiliyyəti;

- Təşəbbüskar və yeni fikirlərə qarşı açıq olmaq;

- Sahə üzrə 5 illik (rəhbər vəzifədə 2 il olmaqla) iş təcrübəsi.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi career@rabitabank.com  elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.