Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

Satınalma Departamentinin Meneceri
Bizim Market Müddət: 2020-07-12 - 2020-08-11
Baxış sayı: 1148 Vakansiya № 1002156
Şəhər: Bakı

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Satınalma Departamentinin Meneceri (qida kateqoriyası)

Vəzifə üzrə tələblər

• Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
• Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
• Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
• Təchizatçılar, xidmət təminatçıları ilə birgə işləyərək fakturaların vaxtında ödənilməsini təmin etmək;
• Satınalmaları planlaşdırmaq və vaxtında təşkil etmək;
• Tender prosesinin idarəolunmasını təşkil etmək, tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.
• Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malları, xammalı və ya xidmətləri istifadəçilər, təchizatçılar və əlaqədar digərləri müzakirə edir və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlər görür.
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsini,işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icrasına nəzarət etmək

Namizədə olan tələblər

• Ali təhsil;
• Azərbaycan, rus dillərini səlis bilməli, ingilis dili üstünlükdür;
• Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
• MS Office (Word, Excel, Power Point) yüksək istifadə etmək bacarığı;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli
• Mütəmadi olaraq səfərlərə gedə bilməli
• Analoji sahədə 3-5 il iş təcrübəsi (qida sahəsində)
• Dürüst və analitik düşünmə bacarığı olmalıdır.

İş şəraiti

• İş yeri : Bakı şəhəri, Xudu Məmmədov 1 c, Həzi Aslanov metrosu yaxınlığı • Şirkət tərəfindən nahar və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;

Vakansiyaya müraciət üçün CV-ləri “Satınalma Departamentinin Meneceri (qida kateqoriyası)” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.


Bu şirkətin digər vakansiyaları