Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Referent – katib
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-03-06 - 2020-04-05
Baxış sayı: 978 Vakansiya № 1002161
Şəhər: Bakı

“ABB” ASC Təşkilati işlər və metodologiya departamentinin Ümumi şöbəsinə Referent – katib (Personal Assistant) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

Gündəlik görüşləri planlaşdırmaq və təşkil etmək;
Rəhbərlik və struktur bölmələrlə əlaqələndirmə işinin aparılması;
Daxil olan zəngləri cavablandırmaq;
Məktubların qeydiyyatının aparılması və bazasının yaradılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilmək.

Bizim üçün ideal namizəd:

Ali təhsili olan;
Azərbaycan, rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədə bilən;
Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən;
Kompüterdə iş bacarığı – MS Office proqramlarını bilən, 1C proqramı bilikləri üstünlükdür.

Əgər bizim axtardığımız namizəd Sizsinizsə öz CV-lərini 20 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Referent - katib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az