Bugün 5 vakansiya və 1 CV əlavə edilmişdir

Korporativ Hüquq Şöbəsinin Hüquqşünası
Rabitəbank Müddət: 2020-07-13 - 2020-08-12
Baxış sayı: 516 Vakansiya № 1002374
Şəhər: Bakı

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Bank fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;

- Bankdaxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;

- Bankın bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;

- Dövlət və məhkəmə orqanlarından daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;

- Bankın struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Ali hüquq təhsili;

- Korporativ hüquq sahəsində ən azı 2 illik iş təcrübəsi;

- Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;

- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;

- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;

- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis dili biliyi üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33