Bugün 10 vakansiya və 5 CV əlavə edilmişdir

Satış təmsilçisi
Modenis MMC (eManat) Müddət: 2020-04-28 - 2020-05-27
Baxış sayı: 966 Vakansiya № 1002397
Şəhər: Bakı

İş barədə məlumat:

1. Ödəniş terminallarının quraşdırılması üçün yeni yerlərin tapılması, müvafiq danışıqların aparılması və müqavilələrin bağlanılması.
2. Yeni müştərilərlə əlaqə yaratmaq, şirkətin təklif etdiyi xidmətlər ilə onları yaxından tanış etmək, görüşlər tələb etmək və görüşmək.
3. Terminal quraşdırılması üçün daxil olan müraciətlərin təhlil olunması və cavablandırılması.
4. İlkin əlaqə yaradılmış və müəyyən bir mərhələdən sonra müqavilə imzalanmış müştərilərlə davamlı əlaqə saxlanılması.
5. Quraşdırılmış terminalların effektivliyinə nəzarət edilməsi və şirkətin mənafeyinə uyğun olaraq qərarlar qəbul edilməsi.
6. Aylıq və illik hesabatların verilməsi.
7. Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi.
8. İş qrafiki: 5 gün tam, növbəli şənbə günü qrafiki, qısaldılmış iş günü.
9. İş ofis xaricindədir. (Ehtiyyac olarsa ezamiyyətə göndərilə bilər)
10. Əmək haqqı 432 AZN + aylıq bonuslar
11. Nahar şirkət tərəfindən verilir.
12. Tibbi sığorta mövcuddur.

Namizədə olan tələblər:

- Təhsil: Ali
- Dil bilikləri: azərbaycan, rus (arzu olunandır)
- Ən az 1 il iş təcrübəsi
- Təqdimat etmə bacarığı
- Diqqətli, çevik və məsuliyyətli olmaq
- Səbrli, stressə dözümlü

Maraqlananlardan xahiş olunur öz CV lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “Satış təmsilçisi” yazılmalıdır.