Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Ekvayrinq biznesinə dəstək şöbəsinin Satış təmsilçisi
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-06-11 - 2020-07-10
Baxış sayı: 425 Vakansiya № 1002440
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Pos terminal sahəsi üzrə bazar analizi etmək;
  • POS terminal şəbəkəsinin genişlənməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən ekvayrinq biznesi ilə bağlı sorğuları icra etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Ünsiyyət bacarığı olan;
  • Təqdimat bacarığı olan;
  • Yaradıcı və innovativ;
  • Satış bacarığı olan;
  • Fərdi və komanda tərkibində işləməyi bacaran;
  • Azərbaycan dili yüksək səviyyədə bilən şəxsdir. Rus dili (üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  cv@ibar.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.


Bu kateqoriyada digər vakansiyalar