Bugün 1 vakansiya və 2 CV əlavə edilmişdir

Korporativ satış üzrə mütəxəssis 
Paşa Sığorta Müddət: 2020-03-02 - 2020-04-03
Baxış sayı: 272 Vakansiya № 1002519
Şəhər: Bakı

“PAŞA Sığorta” ASC namizədləri Korporativ satış üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə Koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi;
• Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması;
• Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya servisinin təqdim edilməsi;
• Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatları yığaraq müvafiq şöbəyə təqdim olunması;
• Ərizə formasını vaxtında müvafiq şöbəyə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi;
• Sığorta müqaviləsini vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması;
• Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarını müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi;
• Potensial müştərilərlə aparılan görüş və danışıqları, göndərilən/təqdim olunan təklifləri, sığorta şərtlərini, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi;
• Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

• Biznes və ya marketinq sahəsində ali təhsil;
• Microsoft office (Outlook, Word, Excel, Powerpoint və s.) biliyi;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq;

TƏCRÜBƏ

• Satış-biznesi sahəsində, o cümlədən sığorta sahəsində iş təcrübəsinin minimum 2 il olması.

BACARIQLAR

• Təşəbbüskarlıq;
• Ünsiyyət qurmaq bacarığı;
• Çalışqan;
• Öhdəliklərinə məsuliyyətli olmaq;
• Dəqiqlik;
• Fikirlərinin aydın izahı;
• İşgüzar məktubların yüksək səviyyədə tərtib etmə;
• Yaranmış vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
• Problemli vəziyyəti həll etmək;
• Komandada işləmək;

Son müraciət tarixi: 30 mart, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.


Bu kateqoriyada digər vakansiyalar