Bugün 3 vakansiya və 1 CV əlavə edilmişdir

Vergi mühasibi
AzInTelecom MMC Müddət: 2020-05-04 - 2020-06-03
Baxış sayı: 429 Vakansiya № 1002521
Şəhər: Bakı

“AzInTelecom” MMC Vergi mühasibi vakansiyasını elan edir.

Vəzifənin adı: Vergi mühasibi

Şöbə: Maliyyə departamenti/Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Vergi uçotunu Uçot siyasəti və Vegi Qanunvericiliyinə əsasən aparmaq;
  • Vergi ödənişlərinə nəzarət etmək;
  • Vergi bəyannamələrini hazırlamaq (ƏDV, ÖMV, Muzdlu, Mənfəət və digər tələb olunan);
  • Uçotu daxili şöbələrlə əlaqəli qurmaq;
  • Vergi risklərini hesablamaq və rəhbərliyə vaxtında məlumat vermək;
  • Birbaşa rəhbərin tapşırığı əsasında digər əlaqəli işlər.

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes detallarını anlama və analitik düşünmə bacarığı;
  • Excel proqramında sərbəst işləmə bacarığı;
  • Stressə davamlılıq;
  • Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
  • Komandada işləmə bacarığı;
  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə bacarığı;
  • Konfidensiallıq

Təhsil:

  • Ali (iqtisad və ya maliyyə sahəsində)

Dil bilikləri: Azərbaycan və rus dili (sərbəst), ingilis dili (arzuolunan)

İş təcrübəsi: Vergi sahəsində 2 ilədək təcrübə

Xüsusi tələblər:

  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
  • ACCA F3;
  • BİG4 şirkətlərinin vergi departamentində təcrübəsi olanlara üstünlük veriləcək;

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.