Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Layihələrin idarə edilməsi
Azərbaycan Sənaye Korporasiyası ASC Müddət: 2020-03-03 - 2020-04-03
Baxış sayı: 419 Vakansiya № 1002529
Şəhər: Bakı

İş barədə məlumat

- Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılması
- Layihələr üzrə maliyyə məlumatlarının təhlili
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi
- Layihələr üzrə maliyyə modellərinin qurulması
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılması

İş vaxtı:
- Həftənin 5 günü, 9:00-18:00 həftədə 2 gün istirahət

Namizədə tələblər

- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühəndislik və texniki sahə üzrə ixtisaslara üstünlük verilir)
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri arzuolunandır)
- Beynəlxalq sertifikatların olması (ACCA F3,F5,F9)
- Kompyuter bilgiləri: MS Office proqramlarında işləmək bacarığı
- Biznes model və ya biznes plan hazırlanması ilə bağlı iş təcrübəsi
- Təşkilati və analitik bacarıqlar
- Qeyd edilən sferada 1-3 il iş təcrübəsi
- Yaş məhdudiyyəti: 25 yaş -40 yaş

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihələrin idarə edilməsi” yazaraq hr@ask.gov.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.