Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Fərdi satış şöbəsinin kiçik mütəxəssisi
Xalq Həyat Sığorta Şirkəti ASC Müddət: 2020-03-04 - 2020-04-03
Baxış sayı: 232 Vakansiya № 1002532
Şəhər: Bakı

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

• Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
• Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
• Debitorlarla iş və onların ödənişinə nəzarət etmək;
• Fərdi satışların həcminin artırılmasını təmin etmək;
• Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
• Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Tələblər

• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
• Sürücülük vəsiqəsinin olması mütləqdir.

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.


Bu kateqoriyada digər vakansiyalar