Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Müştəri xidməti bölməsinin aparıcı mütəxəssisi
AFB Bank Müddət: 2020-03-04 - 2020-04-04
Baxış sayı: 215 Vakansiya № 1002538
Şəhər: Bakı

AFB Bank “Sahil” filialının Müştəri xidməti bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
• Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
• Müştəriyönümlü və nəticə yönümlü olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək (rus dilini bilən şəxslərə üstünlük verilir),
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
• Gərgin şəraitdə işləməyi bacarmaq;

İŞİN TƏSVİRİ:

• Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
• Bankın hüquqi və fiziki şəxs müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, əməliyyatlar aparmaq və bağlamaq;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Müştəri hesabları üzrə bütün əməliyyatları və sərəncamları icra etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində ”Sahil filialının aparıcı mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.