Bugün 6 vakansiya və 8 CV əlavə edilmişdir

Sistem analizi və layihə üzrə mütəxəssis
Azersun Holding Müddət: 2020-03-05 - 2020-04-04
Baxış sayı: 306 Vakansiya № 1002547
Şəhər: Bakı

Namizədə aid tələblər:

1. Ali təhsilli olmalı;
2. Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
3. Kompyuter bilikləri: ERP biznes iş prinsipləri və verilənlər bazası;
4. Texniki biliklər;
4.1. Proqramlaşdırma məntiqinin olması və proqram yazılma texnologiyasını bilməsi;
4.2. ERP və MRP proqramları (UNİTY, 1C, SAP) modullarının iş prinsiplərini mükəmməl bilməsi;
4.3. İş proseslərinin analiz edilməsi və texnik tapşırıqların hazırlanmasını mükəmməl bilməsi;
4.4. MS SQL və ya ORACLE verilənlər bazasından analizçi üçün tələb olunan bilgilərə sahib olmaq və aşağıdakı modullarla çalışa bilmək;
4.4.1.
Table strukturları ilə işləmək;
4.4.2. SQL cümlələrinin yazılması;
4.4.3. Stored procedure ve triggerlərdən istifadə.

İş haqqında məlumat:

1. Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq bacarığı;
2. Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəmək;
3. Şirkətdə istifadə edilən ERP və MRP paketlərinin işləyişini və biznes tərəflərini bilmək;
4. Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması;
5. Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq.
6. Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi
7. Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması
8. Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi
9. Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Sistem analizi və layihə üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.