Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Tibbi anderaytinq şöbəsinin mütəxəssisi
Atəşgah Sığorta Müddət: 2020-03-05 - 2020-04-05
Baxış sayı: 100 Vakansiya № 1002556
Şəhər: Bakı

Namizədə tələblər

• Yaş: 23-32
• Təhsil: Ali, Tibb təhsili mütləqdir
• Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili arzuolunandır
• Kompyuter bilikləri: (MS Office ), əsasən excel biliyinin əla səviyyədə olması

Şəxsi keyfiyyətlər

• Riyazi biliklərə və analitik düşüncəyə malik olması
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Satış bloklarından daxil olan sorğuları cavablandırmaq;
• Riskləri qiymətləndirmək və təkliflər hazırlamaq;
• Sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
• Bütün sığorta xidmətləri və məhsulları üzrə istifadə olunacaq tarif cədvəllərinin hazırlanmasını təmin etmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında
• İş yeri :baş ofis

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ” Tibbi anderraytinq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur