Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Məlumat Mərkəzinin Kiçik Mütəxəssisi
AccessBank Müddət: 2020-03-07 - 2020-04-07
Baxış sayı: 486 Vakansiya № 1002568
Şəhər: Bakı

Problemli Kreditlərin Restrukturizasiyası Şöbəsinin Məlumat Mərkəzinin Kiçik Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Mövcud məlumat bazası əsasında borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
• Problemli borcların yaranma səbəblərini araşdırmaq;
• Problemli borcalanlarla və onların ilə zaminləri ilə əlaqə yaratmaq;
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək.

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank, kredit və ya müştəri xidmətləri təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), xarici dil (Rus və/ ya İngilis dili) bilənlərə üstünlük verilir
• Komputer bilikləri; Microsoft Office (Word,Excel);
• Kollektivdə işləmək qabiliyyəti və arzusu;
• Güclü ünsiyyət bacarığı. Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər: https://www.accessbank.az/az/our-bank/vacancies/