Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Satış məsləhətçisi
Novas Home Müddət: 2020-03-08 - 2020-04-08
Baxış sayı: 469 Vakansiya № 1002573
Şəhər: Bakı

Novas Home” mağazalar şəbəkəsi mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəxalətləri, təmizlik vasitələri, uşaqaləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid 20 000 çox müxtəlif çeşid məhsulların pərakəndə satışını həyata keçirir. Hazırda 6 filial fəaliyyət göstərir.
Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Novas Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Satış məsləhətçisi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Namizədə dair tələblər:

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 2 növbəli iş qrafiki, həftədə bir gün istirahət
• Nahar şirkət tərəfindən təmin olunur
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• 320 AZN sabit (net) + mükafat/bonus

Vakansiyaya müraciət üçün CV-ləri “Satış məsləhətçisi” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.


Bu şirkətin digər vakansiyaları