Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

SƏTƏMM üzrə mütəxəssis
AAC MMC Müddət: 2020-03-08 - 2020-04-08
Baxış sayı: 353 Vakansiya № 1002574
Şəhər: Bakı

İşin təsviri:

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi.
• İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi.
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi.
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi.
• Müvafiq şöbələrin nümayəndələrilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması.
• Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi.
• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi.
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi.
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
• İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi.
• Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi.
• SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi.
• İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi.
• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması.
• Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi.
• İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.

Namizədə tələblər:

- Ali təhsilli;
- Kompüterlə işləmək bacarığı;
- Azərbaycan, rus və inqilis dillərini bilmək;
- SƏTƏMM sahəsində azı 3 il stajı.

İş yerinin şərtləri:

- Əmək haqqı razılaşma əsasında
- Iş rejimi 5 günlük/saat (08:00-17:00)

Əlaqə üçün hr@aac.az ünvanına “SƏTƏMM üzrə mütəxəssis” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.