Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Keyfiyyətə Nəzarət Şöbəsinin Mütəxəssisi
Rabitəbank Müddət: 2020-03-08 - 2020-04-08
Baxış sayı: 318 Vakansiya № 1002577
Şəhər: Bakı

“Rabitəbank” ASC Keyfiyyətə Nəzarət Departamentinin Keyfiyyətə Nəzarət Şöbəsinin Mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək;
  • Sistemdə səhvlərin və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər vermək;
  • Gündəlik ödənişlərə nəzarət etmək;
  • Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, texnoloji kartlar, siyasət və s.) bilmək və onlara riayət etmək;
  • Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri həyata keçirmək;
  • Müştəri müraciətlərini, ərizələrini və şikayətlərini araşdıraraq cavablandırmaq;
  • Aylıq əsasda Sığorta və Qiymətləndirmənin Hesabatını aparmaq;
  • MXD və Filialdan daxil olmuş girovla bağlı məsələləri Elektron İmza vasitəsilə icra etmək və girovların statistikasını aparmaq;
  • Təlimatlardan irəli gələn məsələlər üzrə müvafiq komitə protokollarını tərtib etmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil;
  • Kredit sahəsində azı 2 il iş təcrübəsinin olması;
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması;
  • MS Office proqramlarından istifadə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət – Mütəxəssis” göstərməyiniz xahiş olunur.