Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Ofis meneceri
Alyans Tekstil MMC Müddət: 2020-03-10 - 2020-04-10
Baxış sayı: 815 Vakansiya № 1002595
Şəhər: Sumqayıt

“Alyans Tekstil” MMC-də  Ofis meneceri vəzifəsinə vakansiya elan olunur. 

İşin təsviri:

  • Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılması;
  • Kənar təşkilatlara, müəssisələrə göndərilən məktubların və iclasların protokollarının tərtib olunması;
  • Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
  • Rəhbərliyə və yanına gələn qonaqlara çay servisinin təşkili.

Namizədə olan tələblər:

- Ali təhsil ;

- Ən az 1 il iş təcrubəsi;

- MS Office proqramlarını bilməli;

- Azərbaycan, rus və ingilis dilləri - yaxşı səviyyədə;

- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

- Kollektivlə işləmə bacarığı.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri

İş rejimi: 5 günlük 08:30-17:30

Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Ofis meneceri” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.