Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Aparıcı Proqramçı
Modenis MMC (eManat) Müddət: 2020-03-11 - 2020-04-11
Baxış sayı: 181 Vakansiya № 1002607
Şəhər: Bakı

İş şəraiti :

1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş
5. Tibbi sığorta.

Namizədə qoyulan tələblər:

• Ali təhsil;
• Ən azı 2 il iş təcrübəsi;

Proqramlaşdırma bilikləri üzrə:

Tələb olunur: C#, .NET, ASP.NET, MVC, SQL, JavaScript, XML, CSS, JSON
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• RDBMS, SQL bilikləri;
• Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1.;

Vəzifə öhdəlikləri:

• Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı;
• Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Terminal interfeysinin tərtibi və işə salınması
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
• Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası.
• Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Windows, Web və Mobil API işləmələri.
• Ödəmə sisteminin analizi və problemlərin həlli

Maraqlananlardan xahiş olunur öz CV lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı Proqramçı” yazılmalıdır.