Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Müştəri Məmnuniyyəti üzrə mütəxəssis
Paşa Sığorta Müddət: 2020-03-13 - 2020-04-12
Baxış sayı: 455 Vakansiya № 1002625
Şəhər: Bakı

PAŞA Sığorta” ASC namizədləri Müştəri Məmnuniyyəti üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müştəri məmnuniyyəti üzrə sorğuların/rəy toplanması prosesinin təşkil olunması;
• Müştəri məmnuniyyəti rəyləri üzrə tələb və təkliflərin hazırlanması, rəy sorğularının keçirilməsi;
• Müştəri məmnuniyyəti üzrə təkmilləşdirmə planının yaradılmasında iştirak;
• Keyfiyyət İdarəetmə Sistemi üzrə fəaliyyətin həyata keçirilməsi;
• Sahə üzrə trendlərdən, Əlaqə Mərkəzi/Ön Masa metrikslərindən məlumatlı olmaq;
• Birbaşa rəhbər tərəfindən təqdim olunan tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil, iqtisadi-riyazi istiqamətdə təhsilə üstünlük verilir;
• Keyfiyyət Sistemi üzrə sertifikat;
• Azərbaycan və rus dilləri üzrə sərbəst danışıq və yazı bacarığı, ingilis dili orta səviyyə;
• Ofis proqramları peşəkar istifadəçi səviyyəsində (word, excel, power point);
• Ünsiyyət qurmaq, təqdimat bacarığı, problemi həlletmə bacarığı, analitik düşüncə tərzi;
• Komandada çalışmaq, stressə davamlılıq, tənqidi açıq olmaq, nəticəyə fokuslanmaq, əməkdaşlığa meyilli olmaq, innovativ düşüncə tərzinə malik olmaq.

Son müraciət tarixi: 12 aprel, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.


Bu kateqoriyada digər vakansiyalar