Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

İnteryer və eksteryer dizayner
Tac Reklam Şirkəti Müddət: 2020-03-16 - 2020-04-16
Baxış sayı: 127 Vakansiya № 1002643
Şəhər: Bakı

Tac Reklam Şirkəti olaraq 2012-ci ildən reklam istehsalı ilə məşğul oluruq. Bu günə kimi yüzlərlə uğurlu layihə həyata keçirmişik. Şirkətin əsas vəzifəsi sifarişçinin biznesinin maksimum tanınması, loyallığı və marağını təmin etməkdir. Şirkətimizin əsas iş prinsipi – hər bir müştəriyə fərdi yanaşmaqdır.

İş barədə məlumat

  • Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi;
  • Şirkətin saytı və sosial şəbəkə səhifələrində dizayn işlərinin yerinə yetirilməsi;
  • Məhsul və ya xidməti ən yaxşı şəkildə nümayiş etdirən təqdimat və təkliflərin dizayn edilməsi;
  • Memarlıq-dizayn layihələrinin hazırlanması;
  • Qrafik-dizayn layihələrinin hazırlanması;
  • Verilən texniki tapşırığa və layihəyə əsasən interyerin 3D vizualizasiyanın hazırlanması;
  • Rəhbərliyin istəyinə uyğun olaraq sərgi stendlərinin və s. 3D formatında interyer dizaynının hazırlanması və rəhbərliyə təqdim olunması.

Namizədə tələblər

  • Orta və ya ali təhsilli (dizayn və memarlıq ixtisası üzrə);
  • Dizayn sahəsində 1 ildən 3 ilə kimi iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • 3Ds max, V-Ray, Corona, AutoCad, ArchiCAD, Adobe Premier, Adobe After Effects, Adobe Photoshop, Coreldraw, Mr Office proqramlarında peşəkar işləmə qabiliyyəti;
  • Kollektivlə işləmə;
  • Nitq mədəniyyəti;
  • Yaradıcı düşünmə qabiliyyəti;
  • Yaradıcı şəxslərə üstünlük veriləcək.

İş şəraiti

  • Ofis daxili;
  • İş rejimi : Həftədə 6 gün;
  • İş qrafiki : Həftə içərisi 1-5ci günlər saat 09:00-19:00, şənbə 10:00-16:00;
  • İstirahət : Bazar və bayram günləri;
  • Əmək haqqı : 600-700 AZN (təcrübəyə əsasən) + aylıq bonus.

  Göstərilən tələblərə uyğun namizədlərdən “mövzu” hissəsində “İnteryer və eksteryer dizayner” qeyd etməklə öz CV-lərini hr@tacreklam.az ünvanına göndərmələri xahiş olunur.