Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis
Paşa Bank Müddət: 2020-03-16 - 2021-03-16
Baxış sayı: 539 Vakansiya № 1002650
Şəhər: Bakı

"PASHA Bank" ASC İnsan Resursları departamentində İR Əməliyyatları üzrə mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Əmək haqqı hesablama sisteminə məlumatların daxil edilməsi, yenilənməsi
• Əmək haqqı hesablama sistemində mövcud əməliyyatların düzgün şəkildə işləməsinə nəzarət, lazım olduğu təqdirdə yeni infotiplərin daxil edilməsi, yeni hesabatların, əməliyyatların yaradılması üçün müvafiq müraciətlərin edilməsi
• Proses, qayda və təlimatların yazılması, həmçinin lazım olduğu təqdirdə dəyişikliklərin edilməsi
• E-gov.az hökümət portalında məlumatların yenilənməsi, bütün məlumatların əmək haqqı hesablama sistemində və şəxsi işlər ilə sinxronizasiyasının təmin edilməsi, əmək kitabçasında qeydlərin aparılması
• İR əmrlərinin hazırlanması
• Əmək müqavilələrinə əlavələrin hazırlanması
• Əməkdaşların İR ilə əlaqədar sənədlərinin hazırlanması
• Daxili və xarici mənbələrdən gələn sorğular əsasında işçilər barədə hesabatların hazırlanması
• Daxili və xarici yoxlamalar zamanı lazımı sənədlərin, məlumatların təqdim edilməsi
• Tibbi sığorta prosesinin təmin edilməsi
• Daxili elanların hazırlanması və göndərilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: minimum 2 il (İR əməliyyat, kadr kargüzarlığı və ya digər İR sahələri)
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office, SAP(üstünlük)
• Bazar üzrə biliklər: Əmək məcəlləsi
• Yaxşı vaxt idarəedilməsi bacarığı, təzyiq altında işləmək və verilən son möhlətə çatmaq bacarığı
• Güclü ünsiyyət və danışıq bacarığı
• Komanda işi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 30.03.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Vakansiya № 1002650 / İR Əməliyyatları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.