Bugün 5 vakansiya və 3 CV əlavə edilmişdir

Direktor müavininin köməkçisi
Azərbaycan Sənaye Korporasiyası ASC Müddət: 2020-03-16 - 2020-04-16
Baxış sayı: 826 Vakansiya № 1002652
Şəhər: Bakı

Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə “Direktor müavininin köməkçisi” üzrə işçi axtarır.

Tələb olunan bilik və bacarıqlar :

- Direktorun müavininin işinin təmin edilməsi və ona xidmət üzrə texniki funksiyaları yerinə yetirir.
- Bölmələrdən və ya icraçılardan Direktor müavininə lazım olan məlumatları alır,
- Direktor müavininin telefon danışıqlarını təşkil edir, direktor müavini olmadığı vaxtda alınan xəbərləri qeyd edir və aldığı məlumatların məzmununu ona çatdırır.
- Direktor müavininin apardığı iclas və müşavirələrin hazırlanması işini görür, lazım olan sənədlərin yığılmasını, iclas və ya müşavirənin keçiriləcək vaxtı, yeri və gündəliyi haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır,
- Direktor müavininin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin edir, onun səmərəli işləməsinə şərait yaradır.
- Direktor müavininin imzalaması üçün sənədləri və işçilərin şəxsi müraciətlərini qəbul edir.

Namizədə tələblər:

- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı
- Ofis proqramlarından sərbəst istifadə etmək

Şərtlər:

- Həftənin 5 günü, 9:00-18:00 həftədə 2 gün istirahət;
- Əmək haqqı 600 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor müavininin köməkçisi” yazaraq hr@ask.gov.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.