Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Hüquqşünas
A+CO MMC Müddət: 2020-03-16 - 2020-04-16
Baxış sayı: 206 Vakansiya № 1002654
Şəhər: Xırdalan

Şirkət: “A+CO” MMC
Vəzifə: Hüquqşünas
Dedline: 30.03.2020

Ümumi tələblər:

• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Hüquq sahəsində ali təhsil;
• Yaş həddi: 27-45 yaş arası;
• MS Office (MS Excel, MS Word) proqramlarında işləmə bacarığı;
• Yüksək səviyyədə rus dili biliyi, upper-intermediate səviyyədə ingilis dili

Vəzifəyə dair tələblər:

• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq;
• Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək;
• İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və Şirkətin həmin orqanlarda təmsil etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönətmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Hüquqşünas" yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.