Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

İnzibati və təchizat işləri üzrə köməkçi
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Müddət: 2020-03-17 - 2020-04-16
Baxış sayı: 304 Vakansiya № 1002659
Şəhər: Bakı

Vəzifə: İnzibati və təchizat işləri üzrə köməkçi

İş yeri:  Bakı

Son müraciət tarixi:        25.03.2020

Müqavilənin növü:         Əmək müqaviləsi

Müddəti:            16 ay

Ümumi məlumat

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

YİY layihənin icrasında AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir.

Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

  • BPL-in institusional və idarəetmə sisteminin yaradılması
  • Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq
  • BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək
  • BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək
  • Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək
  • BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, xüsusilə özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.

Layihə oxşar fəaliyyətlərin uğurla həyata keçirilməsində tətbiq olunan yaxşı təcrübədən istifadə etmək üçün yerli və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verir. Bu məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.

İşin təsviri

İnzibati və təchizat işləri üzrə köməkçi - layihə direktorunun rəhbərliyi altında layihə çərçivəsində təşkilatda və təşkilatdan kənarda keçiriləcək tədbirlərdə, iclas və görüşlərdə inibati və təhcizat işləri üzrə dəstək göstərməkdən ibarət olacaqdır.

Vəzifə və öhdəliklər

  • Təşkilatdaxili və təşkilatxarici telefon və digər telekommunikasiya əlaqələrinin qurulmasını təmin etməli;
  • Təşkilatda keçiriləcək iclas, görüş və təqdimatlar üçün müvafiq şərait yaratmalı;
  • Dövlət orqanlarından təşkilata daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu, onların lazımi işçilərə çatdırılmasını təmin etməli;
  • Təşkilata gələn qonaqların qarşılanması, yerləşdirilməsi və yola salınmasını təşkil etməli;
  • İşçilərin xarici səfərlərinə uçuşlarının təmin olunması üçün müvafiq danışıqlar aparmalı, bilet sifariş etməli və rezervasiya prosesinə yardım etməli;
  • Satınalma ilə bağlı sənədləşmə işlərini yerinə yetirmək, prosesi izləmək;
  • Təchizatla bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları düzgün yerinə yetirmək.

Tələb olunan təhsil və təcrübə

  • Ali təhsil;
  • İnzibati və təchizat işləri üzrə iş təcrübəsi;
  • MS Office (xüsusilə Power point) mükəmməl səviyyədə işləmək bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
  • İngilis dili - orta/işgüzar səviyyə;
  • Rus dili - orta/işgüzar səviyyə.

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (İnzibati və təchizat işləri üzrə köməkçi) qeyd etməyi unutmayın.             

Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.