Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Peşə Təhsili üzrə Mütəxəssis
Yerli İdarəetməyə Yardım İctimai Birliyi Müddət: 2020-03-18 - 2020-04-18
Baxış sayı: 163 Vakansiya № 1002667
Şəhər: Bərdə

Vəzifə:      Peşə Təhsili üzrə Mütəxəssis

Ərazi:       Bakı və Bərdə

Müraciət üçün son tarix: 25.03.2020

Müqavilə növü:         Əmək müqaviləsi

Müqavilənin vaxtı:   16 ay

Layihə haqqında

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsinin icrasını həyata keçirir. Layihənin əsas məqsədi keyfiyyət, bərabərlik, uyğunluq prinsiplərinə əsaslanaraq Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

Layihənin əsas hədəf qrupları: (1) BPL-in idarəetmə heyəti və müəllimləri; (2) cari və perspektiv tələbələr və (3) BPL-dən məzun olan tələbələr ilə maraqlanan özəl sektor və sahibkarlardır. Bu hədəf qruplar üçün layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihə rayonun ümumi iqtisadi və sosial inkişafına töhfə verəcək və yüksək-keyfiyyətli peşə təhsilinə maraq göstərən gənclər üçün bərabər imkanlar yaradacaq.

Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

  • BPL-in institusional və idarəetmə sisteminin yaradılması
  • Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq
  • BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək
  • BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək
  • Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək
  • BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Layihə komandası BPL-in modernləşdirilməsinin əsas aspektləri ilə bağlı fəaliyyətlər həyata keçirəcək, buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir.  

Layihə bütün maraqlı tərəflərin, xüsusilə özəl sektorun və dövlət qurumlarının cəlb olunmasını təşviq edir. Dövlət-Özəl Tərəfdaşlığının təşviqi, layihə fəaliyyətlərində iştirak etmək üçün icma, özəl sektor və QHT-ləri bir araya gətirmək əsas vəzifələrdən biridir. Dövlət Özəl Tərəfdaşlığı Məsləhət Şuraları, Şəhər Görüşləri, usta yanında şagird hazırlığı və təcrübə proqramları vasitəsilə həyata keçiriləcəkdir.

Layihə oxşar fəaliyyətlərin uğurla həyata keçirilməsində tətbiq olunan yaxşı təcrübədən istifadə etmək üçün yerli və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verir. Bu məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.

Vəzifənin təsviri

Peşə Təhsili üzrə Mütəxəssis – Layihə Direktorunun rəhbərliyi altında Bərdə Peşə Liseyinin institusional və texniki bacarıqlarının inkişaf etdirilməsi, tədfris proqramları və heyətin peşəkar inkişafı, tərəfdaşlıqların qurulması üzrə fəaliyyətlərlə bağlı hazırlıq işləri, işin gedişatının idarəedilməsi və hesabatların verilməsindən, eyni zamanda bu fəaliyyətlərə cəlb olunacaq işçilərə nəzarət edilməsindən məsul olacaq.

Vəzifə və öhdəlikləri

  • BPL-in təşkilati və institusional bacarıqlarının artırılmasına dəstək vermək;
  • Keyfiyyət təminatı sistemi və performansın idarəedilməsi üzrə fəaliyyətlərin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə həyata keçirilməsinə cavabdeh olmaq;
  • Kurrikulum və modulların (əsas və qısa-müddətli) hazırlanması və BPL-in tədris prosesinə inteqrasiyasını təşkil və idarə etmək;
  • BPL və digər yerli və xarici peşə məktəbləri arasında kouçinq, mentorluq, həmkardan-həmkara öyrənmə, təcrübə səfərləri və digər peşəkar inkişaf yönümlü fəaliyyətləri təşkil və idarə etmək;
  • BPL Strateji Planının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
  • BPL-də təcrübə proqramlarını əlaqələndirilmək;
  • İşəgötürənlərlə BVET arasında əməkdaşlığın yaratmaq və inkişafı ilə bağlı texniki məsələlərin həllinə cavabdeh olmaq; 
  • Layihənin icrası dövri (aylıq, rüblük və illik) hesabatların və tələb olunan digər informasiya, rəy və şərhləri hazırlamaq və təqdim etmək;
  • Zəruri hallarda bölgələrə səfər etmək;
  • Layihə nəticələrinin əldə edilməsi üçün zəruri olan digər fəaliyyətləri həyata keçirmək.

Tələb olunan bacarıq və təcrübə

  • Təhsil, idarəetmə və oxşar sahələr üzrə ali təhsil
  • Milli və beynəlxalq səviyyədə peşə təhsili və oxşar sahələrdə təlim və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə uyğun iş təcrübəsi;
  • Təlim, mentorluq və peşəkar inkişaf üzrə digər işkişaf proqramlarının hazırlnaması, həyata keçirilməsi və qiymətləndirilməsi üzrə bilik və bacarıqlar;
  • Beynəlxalq təşkilatlarda (AB, BMT agentlikləri və s. də daxil olmaqla) iş təcrübəsi olanlara üstünlük verilir;  
  • Təşkilatçılıq, mükəmməl  ünsiyyət qurma, komandanı idarəetmə bacarığının olması 
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilməli. Rus dili biliklərinə üstünlük verilir.
  • MS Office proqramlarında səlis işləmək bacarığı

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Motivation Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Peşə Təhsili üzrə Mütəxəssis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.