Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Məlumat Bazası Sektorunun Müdiri
Aztelekom Müddət: 2020-03-18 - 2020-04-18
Baxış sayı: 278 Vakansiya № 1002670
Şəhər: Bakı

“Aztelekom” MMC hazırda Məlumat Bazası Sektorunun Müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir.

Departament: İnformasiya texnologiyaları;

Şöbə: Məlumat sistemlərinin idarə edilməsi;

Sektor: Məlumat bazası.

Əsas vəzifə və öhdəlikləri:

  1. Məlumat Sistemlərinin idarəedilməsi prosesini və ona aid olan bütün sənədləri yaradaraq, daim təkmilləşdirmək və prosesə riayət etmək;
  2. Məlumat Bazasına dair sənədləşməni qanunvericiliyə əsasən və yenilikləri nəzarə almaqla  aparılmasına nəzarət edir;
  3. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
  4. Daxil olan sorğuların araşdırılması və ona dair uyğun hesabatların hazırlanmasını təşkil və nəzarət edir;
  5. Məlumat Bazasında yaranmış nasazlıqların operativ surətdə aradan qaldırılmasına nəzarət edir və lazım gələrsə köməklik göstərir;
  6. Məlumat bazalarında profilaktik xidmətlərə nəzarət edir;
  7. Ehtiyac yarandıqda Verilənlər Bazaların istehsalçısıynan əlaqə qurmaqla problemlərin həll edilməsini həyata keçirir və təşkil edir;
  8. Verilənlər Bazaların təhlükəsizliyini təmin edilməsinə nəzarət edir;
  9. Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
  10. Yeni məlumat bazasının qurulmasını və vaxtında istismara verilməsini həyata keçirir və nəzarət edir;
  11. Məlumat Bazasının istismar proseslərinin modernləşməsini təmin edir;
  12. Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq təşkilata məxsus məlumat bazalarında nəzarəti və sənədləşməni həyata keçirir;
  13. Tabeçiliyində olan işçiləri tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  14. Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirir və zəruri hallarda kadrların inkişafı və qiymətləndirməsi şöbəsi ilə birgə onlar üçün fərdi inkişaf planı hazırlayır;
  15. Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə  birbaşa rəhbərinə  hesabat verir;
  16. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  1. Kompüter elmləri və ya riyaziyyat sahəsində Ali Təhsil;
  2. İnformasiya Texnologiyaları sahəsində ən azı 5 illik peşəkar iş təcrübəsi;
  3. İnformasiya Texnologiyalari sahəsində xüsusilə məlumat bazasının idarəedilməsi üzrə ən azı 3 illik əmək stajı;
  4. Rəhbərlik üzrə ən azı 3 illik əmək stajı;
  5. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
  6. İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
  7. Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir;
  8. MongoDB,MySQL,MSSQL və Oracle verilənlər bazası üzrə mükəmməl biliklərə malik olmalıdır;
  9. Məlumat bazası üzrə sertifikatlardan ən azı birinə (OCP, MCSA SQL Server, MySQL Database Administrator) malik olmalıdır;
  10. Data dictionary, SQL və NoSQL proqramlaşdırma, məlumat bazasının testləşdirilməsi üzrə iş təcrübəsinə malik olmalıdır;
  11. Məlumat Bazasının klasterizasiyası, replikasiyası, modelləşdirilməsi və dizaynı haqqında mükəmməl biliklərə malik  olmalıdır;
  12. Məlumat Bazası üzrə beynəlxalq norma və standartları, texniki istismarı üzrə normativ sənədlər  ilə işləmə bacarığı olmalıdır;
  13. Təşkilatın Verilənlər Bazalarının qurulması, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi, ehtiyat surətlərin yaradılması, mütəmadı ehtiyat surətlərdən bərpası üzrə mükəmməl biliklərə malik  olmalıdır;
  14. Məlumat Bazası sektoruna təhkim olunmuş avadanlıqlarında texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydaları ilə iş təcrübəsinə malik olmalıdır;
  15. İnformasiya Texnologiyaları üzrə üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır.

İŞ ŞƏRAİTİ

  • Əmək müqaviləsi;
  • Rəqabətli əmək haqqı;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
  • Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
  • İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri;
  • Peşəkar həmfikirlər komandası;
  • Peşəkar inkişaf və karyera imkanları;

Əmək haqqı gözləntisini (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Məlumat Bazası Sektorunun Müdiri) qeyd etməklə CV-nizi hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.