Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Elektromexanik
Azersun Holding Müddət: 2020-03-20 - 2020-04-20
Baxış sayı: 270 Vakansiya № 1002690
Şəhər: Bakı

Namizədə aid tələblər:

  • Aşağıdakı sahələr üzrə ali təhsil,
  • Mexanika
  • Elektronika
  • Avtomatika .
  • Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək;
  • Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi;
  • Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək;
  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək;
  • Yeni xətlər, təchizatları və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək;
  • Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək;
  • Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitabların hazırladılmasını təmin etmək;
  • İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmek;
  • Texnoloji proseslərə uyğun lokal P&ID diaqramlarının qurulmasını təmin etmək;
  • Rus və İngilis dili bilənlərə üstünlük verilir.

İş haqqında məlumat:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi vəziyyətinə texniki nəzarəti təşkil edir;
  • Avadanlıqların esasli temir plani müəyyən edir və onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi yenidən qurulmasında iştirak edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
  • Tabeçiliyində olan işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Elektromexanik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.