Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Laborant
Konfirom MMC Müddət: 2020-03-20 - 2020-04-20
Baxış sayı: 289 Vakansiya № 1002692
Şəhər: Bakı

Namizədə tələblər

- Kimya və qida sənayesində ali təhsil mütləqdir
- Kimyaçı - laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir
- Kişi namizədlər arzuolunandır
- Qida istehsalı sahəsində (un və un məmulatları istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı
- İş təcrübəsi minimum 1-3 il
- Yaş həddi 25-45
- Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli

Vəzifə funksiyası:
- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək
- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.)
- Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması
- Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir

İş barədə məlumat

Badamdar Qəsəbəsində yerləşən Biskvit fabriki. Un məmulatlarının hazırlanması.

- Əmək haqqı: 500-600 AZN; (təcrübə və biliklərə uyğun)
- Şirkət tərəfindən naharla və geyimlə təmin edilmə
- İş qrafiki: Növbəli qrafik. şənbə günü qısaldımış iş günü

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@konfirom.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Laborant)” şəklində göstərilməsi xahiş edilir.


Bu şirkətin digər vakansiyaları