Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Satınalma üzrə mütəxəssis
Konfirom MMC Müddət: 2020-03-20 - 2020-04-20
Baxış sayı: 407 Vakansiya № 1002693
Şəhər: Bakı

Namizədə tələblər

- Təchizat sahəsində ən az 1 il iş təcrübəsi
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri:Rus dili yüksək səviyyədə, İngilis dili arzuolunandır
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
- Qadın namizədlərə üstünlük verilir

Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək
- Təchizat sifarişlərinin idarə edilməsi
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək
- Təchizatçıların seçimi və qiymətləndirilməsi
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması

İş barədə məlumat

Badamdar Qəsəbəsində yerləşən Biskvit fabriki
Un məmulatlarının hazırlanması, biskvit, rulet və peçenye

İş şəraiti
- İş rejimi- I-VI gün 08:30-dan 16:30-dək
VI gün 08:30-dan 13:30-dək
- Əmək haqqı (500-700 AZN) müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@konfirom.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Satınalma üzrə mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir.


Bu şirkətin digər vakansiyaları