Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

Tibbi ekspertiza şöbəsinin mütəxəssisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Müddət: 2020-03-23 - 2020-04-22
Baxış sayı: 191 Vakansiya № 1002702
Şəhər: Bakı

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Şöbə: Tibbi ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:

• Tibb təchizatçılarından hesabat və tələb olunan məlumatların alınması və toplanması;
• Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestr) alınması;
• Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
• Tibbi sığorta hadisəsi barədə daxil olmuş şikayətlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
• Tibbi xidmətlərin göstərilməsi ilə bağlı baş vermiş nöqsanların araşdırılması;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

• Ali tibbi təhsil;
• 2 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert sığorta şirkətlərində);
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
• Xarici dil bilikləri arzuolunandır;
• Ofis proqramları üzrə biliklər;
• İxtisası üzrə sertifikatların olması arzu olunandır.

Maraqlanan namizədlər CV-lərini 22 aprel 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.