Bugün 3 vakansiya və 0 CV əlavə edilmişdir

Göndərişlər şöbəsinin mütəxəssisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Müddət: 2020-03-23 - 2020-04-22
Baxış sayı: 385 Vakansiya № 1002703
Şəhər: Bakı

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Şöbə: Göndərişlər şöbəsi

Vəzifə öhdəlikləri:

• Dövlət xəstəxanalarında icra olunması mümkün olmayan xidmətlərin özəl sektora aid tibb müəssisələrinə yönləndirilməsinin zəruriliyinin araşdırılması, dövlət tibb müəssisəsində həyata keçirilə biləcək xidmətlərin şöbə və departament rəhbərliyi ilə birgə müəyyən edilməsi;
• Təcili və planlı göndərişlərin verilməsi ilə bağlı işlərin icra edilməsi;
• Xəstələrin müvafiq özəl müəssisələrə transfer olunmasına nəzarət edilməsi;
• Özəl sektora aid tibb müəssisələrinə yönəldilmiş göndərişlərin əsaslı olması ilə bağlı təhlil işlərinin aparılması;
• Əsassız yönləndirilmiş göndərişlərlə bağlı hesabatların hazırlanması və agentliyini müvafiq şöbələrinə göndərilməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

• Ali tibbi təhsil;
• 3 ildən az olmayaraq ümumi əmək stajı;
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
• Vətəndaşlarla ünsiyyət qurmaq bacarığı;
• Ofis proqramları üzrə biliklər.

Maraqlanan namizədlər CV-lərini 22 aprel 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.


Bu kateqoriyada digər vakansiyalar