Bugün 5 vakansiya və 5 CV əlavə edilmişdir

Baş Anbardar
İceland - Camal LTD Müddət: 2020-03-26 - 2020-04-26
Baxış sayı: 506 Vakansiya № 1002714
Şəhər: Bakı

İceland” ticarət nişanı ilə tanınan , 20 ildən artiq dondurma istehsalı üzrə lider olan “Camal LTD” şirkətinin Anbar bölümünə Baş Anbardar tələb olunur.

Vəzifə öhdəliklər:

- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- İstehsala tələb olunan mal – material ilə təmin etmək sərfiyyat barədə müvafiq hesabatları təqdim etmək;

Namizədə olan tələblər:

- Cinsi – Kişi
- Yaş 35-48
- Mvafiq sahədə iş təcrübəsi;
- 1C 8.3 versiyasında sərbəst işləmək bacarığı

Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən hr@iceland.az ünvanına “Baş Anbardar” başlığı altında CV göndərmələri xahiş olunur.