Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Layihə koordinatoru
Neuron Technologies MMC Müddət: 2020-03-29 - 2020-04-29
Baxış sayı: 448 Vakansiya № 1002726
Şəhər: Bakı

İş barədə məlumat

- Proqram təminatı həllərinin müştəri müəssisələr tərəfindən istifadəsi zamanı əlaqələndirmənin aparılması;
- Yaranan problemləri proqramçılara düzgün çatdırmaq;
- Proqram təminatını yüksək səviyyədə test etmək;
- Proqram təminatı istifadəçiləri üçün təlimlər keçirmək;
- İstifadəçilərin müraciətlərini tez zamanda cavablandırmaq və ən qısa zamanda problemin həll edilməsini təşkil etmək;
- Layihələrin icrası zamanı əməkdaşlarla əlaqələrin qurulması, layihənin başdan sona qədər planlanması və həyata keçirilməsi,
- İstifadəçi qurumlarda koordinatorlarla davamlı ünsiyyətin qurulması və məlumat axımının təmini. Görüşlərdə şirkətin təmsil edilməsi.

Digər
- Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
- İş qrafiki: 09:00-dan 18:00-dək / istirahət: şənbə, bazar günü / illik ödənişli məzuniyyət
- Nahar fasiləsi (13:00-dan 14:00-dək)
- Sənədlərini təqdim edən namizədlər arasında seçim aparılacaq, daha uyğun gələnlər şifahi müsahibəyə dəvət ediləcək
- Müsabiqədən uğur qazanan namizəd işə təyin ediləcək

Namizədə tələblər

- Ali təhsilli
- Azərbaycan və rus dillərində sərbəst şəkildə danışıq
- Komandada işləmək və proqramlaşdırma komandasını idarə etmək qabiliyyəti
- Öz fikrini yazılı və şifahi qaydada düzgün ifadə etmək, kollektivlə xoş ünsiyyət qurmaq bacarığı
- MS Office proqram təminatlarını yaxşı səviyyədə bilmə
- Layihələrin idarə olunması və efektliyin analizi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyillilik
- Analitik düşünmək, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları
- Ünsiyyətcil və proaktiv olmaq
- PMP vəya SCRUM Master sertifikatlı namizədlərə üstünlük veriləcəkdir
- Bu vakansiya üzrə müraciət edən xanım namizədlərə üstünlük veriləcəkdir

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Layihə Koordinatoru” yazaraq fotoşəkilli CV formasını ayna.habibova@neuron.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.


Bu şirkətin digər vakansiyaları