Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

İctimaiyyətlə Əlaqələr üzrə Menecer
Rabitəbank Müddət: 2020-03-29 - 2020-04-29
Baxış sayı: 466 Vakansiya № 1002729
Şəhər: Bakı

Marketinq Departamentində İctimaiyyətlə Əlaqələr üzrə Menecer vakansiyası.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Bankın ictimaiyyətlə əlaqələr siyasətini təmin etmək, bank fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Bank tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə tam və effekli çatdırılmasını təmin etmək, bununla əlaqədar dolğun və düzgün press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;

- İctimaiyyətlə əlaqələr sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

- Bankın fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda bankın strukturlarının iştirakı ilə cavab hazırlamaq, təhrif hallarının aradan qaldırılması və gələcəkdə yaranmaması üçün zəruri tədbirlər görmək;

- Bankın tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;

- Bankın rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, media nümayəndələri, müştərilər üçün açıq qapı günlərinin, press-turların, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və Bank tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etmək;

- Bankın rəsmi internet saytının, habelə bankın ayrıca məhsullarının təbliği, bank fəaliyyətinin işıqlandırılması və müştərilərlə əlaqələrinin təkmilləşdirilməsi üçün tərtib olunmuş və ya gələcəkdə hazırlanması planlaşdırılan digər bütün daimi və müvəqqəti internet saytlarının və sosial şəbəkələrdəki səhifələrinin mütəmadi olaraq yenilənməsini təmin etmək və ya bankın çalışdığı üçüncü tərəflərlə birgə koordinasiya etmək;

- Bankın filial açılışlarının, yubiley və nailiyyətlərinin qeyd olunması məqsədilə rəhbərlik və KİV nümayəndələrinin iştirakı ilə tədbirlərin, həmçinin xüsusi günlərin, bayramların qeyd olunması üçün bankdaxili korporativ tədbirlərini təşkil etmək;

- Bankın fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə bank rəhbərliyinə məlumat verilməsini təmin etmək;

- Bankın fəaliyyətinə dair media, video və foto materialların arxivini təşkil etmək, mövcud arxivin qorunmasını təmin etmək;

- Bankın adından açıqlanacaq bütün məlumatların bankın rəhbərliyi ilə razılaşdırmaqla Kütləvi İnformasiya Vasitələrində yerləşdirilməsini həyata keçirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika, biznes və ya maliyyə sahələrində ali təhsilin olması;

- Marketinq, jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində ən az 3 – il iş təcrübəsinin olması;

- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;

- Dil bilikləri: Azərbaycan və İngilis sərbəst, Rus dili arzuolunandır;

- Komandada və fərdi işləmək qabiliyyətinin olması;

- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İctimaiyyətlə Əlaqələr” göstərməyiniz xahiş olunur.