Bugün 5 vakansiya və 0 CV əlavə edilmişdir

Baş mühasib
RDC MMC Müddət: 2020-04-02 - 2020-05-02
Baxış sayı: 347 Vakansiya № 1002743
Şəhər: Bakı

İş barədə məlumat:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
• Kənd təsərrüfatı uçotunun düzgün aparılması.

Tələblər:

• Mühasib olaraq ən az 4 il iş təcrübəsi, 25-35 yaş arası namizədlər;
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
• A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
• Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.);
• Azərbaycan Rus və İngilis dili mükəmməl səviyyədə bilmək;
• MS Office, 1C 8.2, 8.3;
• Təşəbbüskar, analitik və obyektiv olmaq;
• Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli.
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Korporativ nömrə üzrə danışıq limiti və nahar şirkət tərəfindən təmin edilir.

E-mail: aysel.movsumova@rdc.az


Bu şirkətin digər vakansiyaları