Bugün 5 vakansiya və 6 CV əlavə edilmişdir

İnsan resursları üzrə mütəxəssis
Sirab ASC Müddət: 2020-04-25 - 2020-05-25
Baxış sayı: 1041 Vakansiya № 1002853
Şəhər: Bakı

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: İngilis - yaxşı, Rus – yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
- Kadr işinin təşkili, E-gov, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq;
- Yenilikçi və proaktiv yanaşma;

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

İş barədə:

- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası;
- İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

İş vaxtının norması:

- 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.