Bugün 10 vakansiya və 5 CV əlavə edilmişdir

Qrafik dizayner
Tac Reklam Şirkəti Müddət: 2020-04-27 - 2020-05-27
Baxış sayı: 243 Vakansiya № 1002869
Şəhər: Bakı

Əsas vəzifə öhdəlikləri :

Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;

Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi;

Qrafik - dizayn layihələrinin hazırlanması;

Məhsul və ya xidməti ən yaxşı şəkildə nümayiş etdirən təqdimat və təkliflərin dizayn edilməsi;

Reklam kompaniyaları üçün kreativ ideyaların təklifi;

Müxtəlif kreativ reklam materiallarının dizaynı və tərtibatı;

Şirkətin saytı və sosial şəbəkə səhifələrində dizayn işlərinin yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar :

Ali təhsil (İncəsənət və dizayn sahəsində arzu olunandır);

Minimum 2 il iş təcrübəsi;

Əsas dizayn proqramları üzrə (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop) biliklər;

Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır);

Azərbaycan dilini mükəmməl bilməsi (Rus və ingilis dili bilikləri arzu olunandır);

Detallara diqqətlilik, müstəqil və komandada işləmə bacarıqları;

Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;

Zaman və resursların düzgün idarə olunması bacarığı.

İş şəraiti

Ofis daxili;

İş rejimi : Həftədə 6 gün;

İş qrafiki : Həftə içərisi 1-5ci günlər saat 09:00-19:00, şənbə 10:00-16:00;

İstirahət : Bazar və bayram günləri;

Əmək haqqı : 500 AZN (təcrübəyə əsasən) + aylıq bonus.

 

Göstərilən tələblərə uyğun namizədlər “mövzu” hissəsində “Qrafik dizayner” qeyd etməklə öz CV-lərini portfolio ilə birlikdə hr@tacreklam.az ünvanına göndərməyi xahiş olunur. Portfoliosu olmayan və şəkilsiz göndərilən CV-lərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.